Dünya futbolu

Fransalı müdafiəçi “Barselona”da – tərəflər anlaşdı

Almaniyanın “Ayntraxt” klubunun müdafiəçisi Evan Ndika karyerasını İspaniyada davam etdirəcək.

İdmanxeber.az “Sport 1” nəşrinə istinadən xəbər verir ki,  “Barselona” futbolçunu rənglərinə bağlayıb. Tərəflər oyunçunun yayda Kataloniya klubuna keçməsində anlaşıblar.

Ndikanın Frankfurt təmsilçisi ilə müqaviləsi mövsüm sonu başa çatır. O, klubu ilə yeni sözləşmə imzalamayacaq. Bununla da “Barselona” 23 yaşlı müdafiəçini təzminat ödəmədən heyətinə qatacaq.

Fransalı futbolçu cari mövsüm komandası ilə 30 oyunda forma geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43