İdman

“Qarabağ” azarkeşləri üçün şad xəbər

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Styaua” klubuna 1:0 hesabı ilə qalib gəldikləri oyunda məcburi əvəzlənən futbolçuları Rəşad Sadıqov və Muarem Muaremin durumu haqda danışıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı o bildirib:

“Rəşad Sadıqovun zədəsi ciddi görünmür. Amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdur. Belə oyunlar təhlükəlidir, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43