İdman

“Qarabağ” azarkeşlərinə Moldovadan BƏD xəbər

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunarı çərçivəsində sabah  Moldovanın “Şerif” klubu “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, sözügedən matç canlı yayımlanmaya bilər. Buna səbəb Moldova klubunun “Qarabağ”la razılığa gələ biməməsidi.

Ağdam təmsilçisi hələ ilk matçdan əvvəl qarşı tərəfə oyunların yayımlarının dəyişdirilməsini təklif etsə də, “Şerif” rəhbərliyi buna razılıq verməyib. Moldova klubu oyunun canlı yayımlanması üçün “Qarabağ”dan 50 min avro tələb edir. Bu məbləği ödəmək istəməyən təmsilçimiz qarşı tərəflə danışıqları hələ də davam etdirir. Ancaq böyük ehtimalla “Şerif” – “Qarabağ” matçı televiziya vasitəsilə canlı yayımlanmayacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən görüş 0:0 hesabı ilə yekunlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43