Dünya futbolu

“Qalatasaray”dan növbəti transfer

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul nəhəngi “Osmanlıspor”un yarımmüdafiəçisi Badu Ndiayeni transfer edib. “Sarı-qırmızılar” seneqallı futbolçunun keçidi üçün Ankara təmsilçisinə 7 milyon avro ödəyəcək.

26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq. Futbolçu “cim bom”da illik 2,2 milyon avro qazanacaq.

Qeyd edək ki. Seneqal millisinin üzvü olan Ndiaye “Osmanlıspor”a 2015-ci ildə Norveçin “Bodo Qlimt” klubundan 350 min avroya transfer edilmişdi. O, son mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43