Kateqoriyasız

“Qarabağ” azarkeşlərinin nəzərinə

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlığını başa vuracaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  son ölkə çempionu  yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 19:00) Zalsburq – Valletta reysi ilə Maltaya yola düşəcək.  

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Valletta” ilə oyunqabağı son məşqinə  “Ta qali” stadionunda  bazar ertəsi  yerıi vaxtla saat 18:30-da (Bakı vaxtıyla 21:30) çıxacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə “Valletta” – “Qarabağ” oyunu İyulun 15-də Bakı vaxtı ilə  saat 21:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43