Ölkə futbolu

“Qarabağ” – “Bayer” oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmaya 27 min bilet satılıb. Biletlərin satışda məhdud sayda qaldığı bildirilir.

🗃 Satış məntəqələri:

📍 Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

📍 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

📍 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

📍”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43