İdman

“Qarabağ” bolqarlarla heç-heçə etdi

Çempionlar Liqasına hazırlaşan “Qarabağ” bu gün ilk yoxlama matçı keçirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Avstriyada keçirdiyi təlim-məşq toplanışında Bolqarıstanın “Ludoqorets” klubuyla qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” iyunun 26-da “Vakker İnsbruk” (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə “Dinamo” (Kiyev, Ukrayna) klubları ilə də yoxlama oyunları keçiriəcək.

“Ludoqorets” – “Qarabağ” – 1:1

Qollar: Svierczok, 33 – Dani Kintana, 52


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43