İdman

“Qarabağ” daha aqressiv idi” – “Ludoqorets”in baş məşqçisi

“Ludoqorets”in baş məşqçisi Paulo Autuori Avstriyada təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”la bərabərə qaldıqları oyunu (1:1) şərh edib.

İdmanxeber.com-un məlumatına görə, o, matçla bağlı bunları bildirib:

“Çox yaxşı rəqiblə qarşılaşdıq. Matç ərzində bütün oyunçulara şans verməyə çalışdım. Nəticə önəmi deyil. İki fərqli komanda oynayırdı. “Qarabağ” daha aqressiv idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43