İdman

“Qarabağ” bu gün qalib gəlsə…” mövzusu şou-biznes məşhurlarının da dilinə düşdü: “Hər birinə pizza alıb verəcəm” – VİDEO

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində səfərdə "Kopenhagen"in qonağı olacaq "Qarabağ"ın görüşünə saatlar qaldığı bir müddətdə şou-biznes məşhurları vediyi vədlərlə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, müğənni Vüqar Murad təmsilçimiz qrup mərhələsinə vəsiqə qazanarsa, ona yazan ilk 3 izləyicisinin toyunda pulsuz oxuyacaq.

Azərbaycanlı aktyor Elməddin Cəfərov isə "Qarabağ"ın bütün heyətinə pizza qonaqlığı verəcəyinə söz verib.

 

Aparıcı Zaur Baxşəliyev isə komandamız qalib olduğu təqdirdə “Bizimləsən” proqramının bütün yaradıcı heyətinə qonaqlıq verəcəyini deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43