Ölkə futbolu

“Qarabağ” bu xəbərə sevindi

“Qarabağ”ın zədəlisi Leroy Corcun son durumu açıqlanıb.

İdmanxeber.com-a Ağdam klubunun mətbuat xidmətindən verilən məlumata görə, həkim müayinəsindən sonra hollandiyalı futbolçunun zədəsinin ciddi olmadığı üzə çıxıb. Artıq o, dünəndən komandayla birgə məşqlərə başlayıb. 

Qeyd edək ki, hazırda “Qarabağ”da sadəcə Çumbinyo zədəsi hələ də davam edir. Onun yaxın zamanlarda yaşıl meydanlara dönəcəyi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43