İdman

“QARABAĞ” ÇEMPİON!!!

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

İdmanxeber.com-un mıəlumatına görə, günün ilk oyunu Gəncədə baş tutub. Burada "Kəpəz" doğma meydanda "Qəbələ"yə 2:0 hesabı ilə qalib gələrək Avroliqa şanslarını artırıb.
Bu nəticə isə "Qarabağ"ın çempionluğu erkən bayram etməsinə imkan yaradıb. Belə ki, Bakıda "İnter"lə üz-üzə gələn Ağdam klubu qalib gəlib və sona iki tur qalmış "Qəbələ" ilə xal fərqini 7-yə çatdırıb. Bununla da, Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ardıcıl 4-cü çempionluğu bayram edib.

Azərbaycan Premyer Liqası

26-cı tur

16:00.  "Kəpəz" – "Qəbələ"  2:0
QOL: Julien Ebah, 70 (1:0), Dario Federiko, 90+4 (2:0)

Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

18:30.  "İnter" – "Qarabağ" 0:3
QOL: Mahir Mədətov, 3 (0:1), Dino Ndlovu, 54 (0:2), 78 (0:3)

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim inspektor: Kərim Ağayev

“İnter Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43