Ölkə futbolu

“Qarabağ” – “Gent” oyununa bilet satışları davam edir

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Gent” oyununa bilet satışları davam edir.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 5, 24 və 27-ci sektorların bilətlərinin satışları davam edir.

Klubun sosial şəbəkə hesabından edilən paylaşımda biletlərin tükənmək üzrə olduğu da bildirilib.

Xatırladaq ki, qarşılaşma bu axşam saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43