Dünya futbolu

“Qarabağ” – HİK oyunlarına hakim təyinatları

“Qarabağ”ın Avropa Liqası III təsnifat mərhələsi görüşlərinin hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Finlandiyanın HİK klubu ilə Bakıdakı qarşılaşmanı israilli Roi Reinsreyber idarə edəcək. Ona həmyerliləri David Elias Biton və Saqi Metzamber köməklik göstərəcək.

Erez Papirin dördüncü hakim funksiyasını yerinə yetirəcəyi matç Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.

Avqustun 17-da Helsinkidəki “Bolt Arena”da reallaşacaq cavab matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb. Villi Delajod baş, Ervan Finyean və Filipp Jann köməkçi hakim kimi iş başında olacaqlar.

Tomas Leonard ehtiyat referi təyin olunub. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43