Kateqoriyasız

“Qarabağ” icazə verdiyi qədər oynaya bildik” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Qarabağ”la qarşılaşıb və rəqibinə uduzub – 1:5.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Bilirdik ki, bizi çətin oyun gözləyir. “Qarabağ”ın reklama ehtiyacı yoxdu. İnanırdıq ki, komanda yaxşı oyun göstərəcək. İlk hissə “Qarabağ” icazə verdiyi qədər oynaya bildik. İkinci hissədə isə rəqibin pressinqi oyunumuz aimkan vermədi.

Oyunun qırılma nöqtəsi nə oldu?

“Qarabağ”ın təziqi. Omarın meydandan çıxmağı da bizim oyunumuza təsir etdi.

– Qapıçınız Nicat Mehbalıyevin oyunu barədə nə deyə bilərsiz?
– Tək qapıçının üstünə düşmək istəmirik. Kimsə səhv edir ki, qol buraxırsan. Nicat inandığım oyunçudur. Qarşıdakı oyunlarda da ona şans verəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43