Ölkə futbolu

“Qarabağ” istirahət etmədi

Premyer Liqada  “Simurq”la qarşılaşdıqdan sonra dərhal Bakıya qayıdan “Qarabağ” istirahət etmədən hazırlıqlara start verib.

Klubun saytına istinadən verdiyimiz məlumata görə, ölkə kubokunda AZAL-ı qəbul edəcək Ağdam təmsilçisi bu günü tək çalışma ilə keçirib. “Qarabağ” Suraxanı qəsəbə stadionundakı məşqlə kifayətlənib.

Qeyd edək ki, “Qarabağ” – AZAL matçı dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşma saat 16:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43