16 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” İtaliyadan məğlub dönür

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində təmsilçimiz "Qarabağ" ikinci matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu bu dəfə İtaliyada "İnter"in qonağı olacaq.

Fransanın "Sent Etyen" klubu ilə doğma meydanda qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələrinin Milanda güclü rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Bakı vaxtı ilə saat gecə 00:05-də başlayacaq qarşılaşma AzTV vasitəsi ilə canlı yayımlanacaq. 

2 oktyabr

Avropa Liqası, qrup mərhələsini II turu

00:05. “İnter” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 2:0
Qol:  Dambrosio, 18, İkardi, 85

"İnter": Karrizo, Xuan, Andreolli,Ranokkya (k), Naqatamo, Hernanes, Mvila, Kuzmanoviç,Dambrosio,  Quarin, İkardi

"Qarabağ": İbrahim Şehiç, Admir Teli, Ansi Aqolli, Bədavi Hüseynov, Namiq Yusifov (k), Riçard Almeyda, İlqar Qurbanov, Qara Qarayev, Leroy Corc, , Muarem Muarem, Reynaldo

Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Getsikov, Oleq Maslyanka (Belarus)

Milan. "Cüzeppe Meatsa" stadionu

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43