Kateqoriyasız

“Qarabağ” jurnalistlərə müraciət etdi

Dəyərli, media mənsubları.

Dekabrın 11-də Avropa Liqasının VI turunda `Qarabağ` İtaliya `İnter`ini qəbul edəcək. Ölkə futbol tarixinin bəllkə də ən vacib qarşılaşmasına böyük marağın olması anlaşılandır. Ötən oyunlarda media sektorundakı bəzi xoşagəlməz hallar UEFA-nın oyuna təhkim olunmuş qrupun məruzəsində  qeyd olunmuşdur.

Media sektorunda iş səmərəliliyinin təmin olunması üçün UEFA-nın müvafiq qurumunun təlimatlarına əsasən aşağıdakı şərtlərlə akkreditə vərəqəsini əldə etmək şansı mümkündür:

Oyuna akkreditasiyanı sadəcə PFL-də  (Peşəkar Futbol Liqası) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.

 PFL-dən 96 mətbu orqan qeydiyyatdan keçdiyinə görə 96 akkreditə veriləcəkdir(qeydiyyatdan keçənlərdən hansısa olmadığı halda müraciət edən orqanın aktivliyinə görə əlavə akkreditə əldə edə bilər)

 PFL-də qeydiyyatdan keçməyən mətbu orqanlar qonaq sektoruna bilet əldə edə bilərlər (maksimum 2 ədəd)

Qeydiyyatdan keçmiş mətbu orqanlar əlavə əməkdaşlarına da maksimum 2 ədəd bilet əldə edə bilərlər.

Qeydiyyatdan keçmək üçün Dekabr 5- saat 12:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin surətini və fotosunu (həcmi 0.5 MB az olmayan) [email protected]  adresinə göndərməsi xahiş olunur.

Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. PFL- qeydiyyatl olanlar `PRESS` qeydiyyatı ilə yanaşı `FOTO` akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflara da şamil olunur)  

Belə də `Qarabağ`  – `İnter` oyununda sadəcə, fərdi olan, fotolu akkreditasiya vəsiqəsi ilə iştirak mümkün olacaq. Akkreditasiyaları 8-9 dekabr tarixlərində 9:00-dan 18:00-a qədər  Suraxanıda yerləşən `Qarabağ` Futbol Klubunun bazasından əldə edə bilərsiz.

Əlaqə telefonları:

077 219-39-19077 219-39-19

055-272-79-99

You’ll need Skype CreditFree via Skype

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43