Kateqoriyasız

“Qarabağ” kobud oynadı”

“Səfərdə bu hesab bizim üçün çox yaxşı nəticədir. Hollandiyadakı oyun haqqında heç nə deməyəcəm. “Qarabağ” da kobud oynadı. Amma bizim onlara qarşı kobud oynamağımız xüsusi tapşırıq deyildi. “Qarabağ”ın oyununa ot örtüyü mane olurdu. Amma bundan biz də əziyyət çəkirdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Tvente”nin baş məşqçisi Alfred Şroyder Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyundan (0:0) sonra deyib.

Hollandiyalı mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Hiss olunur ki, indi klubun büdcəsi böyüyüb. Yaxşı oyunçulara sahibdirlər. İndi “Qarabağ” daha çox təcrübə toplayıb. Bu fərq hiss olunur. Amma “Qarabağ”dan hər hansısa bir futbolçu almaq haqda hələ düşünmürük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43