İdman

“Qarabağ” – “Kopenhagen” matçını neçə nəfər izləyib?

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la “Kopenhagen” arasında ilk qarşılaşmasını 31 min 250 tamaşaçı izləyib. 

İdmanxeber.com-un məlumatına görə, bu, cari mövsüm Azərbaycan klublarının avrokubok oyunları üçün rekord göstəricidi.

Əvvəlki 3 təsnifat mərhələsinin 16 qarşılaşmasında təmsilçilərimiz belə auditoriya görməmişdi. Bunadək də rekord “Qarabağ”a məxsus idi.
Ağdam təmsilçisinin III təsnifat mərhələsinin “Şerif”lə ev görüşündə 26 min tamaşaçı qeydə alınmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43