Kateqoriyasız

“Qarabağ” kuboku Ağdama apardı

Bu gün Azərbayca Premyer Liqasının son qalibi “Qarabağ” qazandığı çempionluq kubokunu təmsil olunduğu Ağdam rayonuna aparıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və komandanın üç futbolçusu – Fərhad Vəliyev, Maksim Medvedev və Namiq Yusifov Ağdama yollanıb. Bundan əlavə Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin başçılıq etdiyi nümayəndə heyətində mətbuat işçiləri də yer alıb.

“Qarabağ” Quzanlı qəsəbə  stadionunda azarkeşlərlə görüş keçirib.

“Qarabağ”lılar son mövsümdə qazandıqları çempionluq kubokunu ağdamlı tərəfdarlarına təqdim ediblər. Öncə şəhidlər xiyabanı ziyarət olunub. Ardından isə onlar Quzanlı Olimpiya Kompleksinə üz tutublar. Burada komanda üzvləri və rəhbərliyini yerli futbol ictimaiyyəti, eləcə də rayon icra başçısı Raqub Məmmədov qarşılayıb. Kubokun təqdimolunma mərasimindən sonra konsert proqramı baş tutub.

Tədbirdə çıxış edən  rayon icra başçısı Raqub Məmmədov “Qarabağ”ın indiyədək keçdiyi tarix yol haqda danışıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da komandasının Avroliqadakı uğurundan  danışıb. O, daha böyük nailiyyətlər qazanmaq üçün çalışdıqlarını bildirib.

Tədbirin sonunda  çempionluq kuboku ağdamlı azarkeşlərə təqdim edilib. Komanda doğma azarkeşlər önündə  kuboku başı üzərinə qaldırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43