İdman

“Qarabağ” – “Kukesi” oyununa baxmağın yolu

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək “Qarabağ” ilk oyununu bu gün səfərdə “Kukesi” ilə keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın Azərbaycan telekanallarından yayımlanmaası ilə bağlı hələ də razılıq əldə edilməyib. Belə olan vəziyyətdə oyunun yayımını “Qarabağ” klubu təşkil edəcək. Matçın “YouTube” kanalından canlı yayımı təşkil olunacaq.

Sözügedən oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43