Kateqoriyasız

“Qarabağ” – “Marsel” oyununa nə qədər bilet satılıb?

Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, artıq sabahkı oyun üçün 12 min 500 bilet satılıb.

Xatırladaq ki, pandemiya ilə əlaqədar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarının yalnız 50 faizinə azarkeş buraxılır.

“Qarabağ” – “Marsel” oyunu fevralın 24-ü, saat 21:00-da başlanacaq. Bu komandaların ilk görüşündə Fransa təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43