Kateqoriyasız

Millimiz məğlub etdiyi rəqibə qarşı

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək oyun saat 14:00-da başlayacaq. “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yaymlanacaq qarşılaşmanı idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:

Baş hakim: Fəridə Lütfəliyeva
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Kamran Əliyev.

​Azərbaycan millisi ilk oyunda BƏƏ-ni 4:0 hesabıyla məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43