Kateqoriyasız

“Qarabağ” “Milan” və “Mançester Yunayted”i geridə qoydu

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Avropanın 454 komandası sırasında Azərbaycan təmsilçiləri mövqeyini dəyişməyib.

Son çempion “Qarabağ” 2014-15-ci il mövsümündə qitənin bir sıra tanınmış klublarından daha çox xal toplayıb. Ağdam təmsilçisi (5.725 xal) bu baxımdan “Mançester Yunayted” (2.714), “Milan” (3.733), “Valensiya” (3.785) və başqa komandaları geridə qoyub.

Klublarımızın reytinqdə tutduğu yer belədir:

151.Qarabağ FK             11.500

181. Neftçi PFK              9.000

269. İnter                     5.000

296. Xəzər Lənkəran       4.250

331. Bakı FK                 3.250

358. Qəbələ                  2.750

359. AZAL                    2.750


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43