Kateqoriyasız

“Qarabağ” – “Neftçi” finalı canlı yayımda! (AÇIQLAMA)

Azərbaycan kubokunun final matçı canlı yayımlanacaq.

Bua barədə İdmanxeber.com-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Qurum rəsmisi matçın başlama saatının püşkdən sonra məlum olacağını bildirərək, oyunun canlı yayımlanacağını deyib:

"Matçın başlama saatı bəlli deyil. Çünki püşk atılmayıb. Nominal meydan sahibi bəlli olmadığından qarşılaşmanın başlama vaxtı püşkdən sonra bilinəcək. Oyunun canlı yayımlanmasına gəlincə, qarşılaşma "İdman Azərbaycan" kanalının canlı efirində olacaq".

Qeyd edək ki, "Neftçi" – "Qarabağ" finalı iyunun 3-də, Qəbələdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43