19 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” növbəti transferə hazırlaşır! – VACİB TAPŞIRIQ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün keçirdiyi brifinqdə xüsusən hücum və müdafiə xətti üçün futbolçu axtardıqlarını bildirib.

İdmanxeber.az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi bu mövqelərlə yanaşı, həm də qapıçı axtarışındadı. Yay transfer pəncərəsi dönəmində birdən-birə 3 qapıçı – Fabiyan Buntiç, Şahruddin Məhəmmədəliyev və Sadiq Məmmədzadəni sıralarına qatan “köhlən atlar” daha bir qolkiperlə güclənmək istəyir.

Qurban Qurbanov klub rəhbərliyinə növbəti qapıçının transferinin vacibliyini çatdırıb. Buna görə də klubun skautları komanda üçün “1” nömrə axtarışına çıxıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43