Ölkə futbolu

“Qarabağ” pley-offa yüksəldi – klub nə qədər qazandı?

“Qarabağ” UEFA Avropa Liqası qrup mərhələsində ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi qrupdakı performansı ilə büdcəsini də xeyli zənginləşdirdi. Belə ki, “Köhlən atlar” qrupda 3 qələbə (630 min) ilə 1,89 milyon avro qazanc əldə edib. “Molde” səfərində heç-heçə edən təmsilçimiz daha 210 min avro büdcəsinə qoymağı bacarmışdı.

Ağdam klubu pley-offa vəsiqə qazanmaqla isə əlavə olaraq 1,2 milyon avro gəlir əldə etdi.

Ümumilikdə “Qarabağ” AL-də qruplara qaldığı gəlirlə (3,63 milyon avro) bərabər pley-offa yüksəlməklə 6,93 milyon avro büdcəsini zənginləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43