Ölkə futbolu

“Qarabağ” Cənubi Koreyadan futbolçu transfer edir? – Qurbanov son nöqtəni qoydu

Bir müddət önce yerli mətvuatda Cənubi Koreyanın “Daejeon” klubunda çıxış edən millimizin futbolçusu Anton Krivotsyukun “Qarabağ”ın maraq dairəsində olması ilə bağlı xəbərlər dolaşırdı.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı Krivotsyuk məsələsində son nöqtəni qoyub. 

Təcrübəli mütəxəssis bildirib ki, 25 yaşlı oyunçu onların transfer siyahısında yer almayıb:

“Bizim Krivotsyukla hər hansı bir danışığımız olmayıb. Ümumiyyətlə belə bir şey planda yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43