Kateqoriyasız

“Qarabağ” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qalib gəldi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, bütün matçlar bu gün baş tutub.

Lider “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi bu oyunda qələbə qazanıb.

2022-ci ildə qələbəyə həsrət qalan “Sumqayıt” doğma meydanda avrokuboklar uğrunda mübarizə aparan “Zirə”ni qəbul edib. Oyun qonaqların qələbəsiylə başa çatıb.

“Sabah” “Şamaxı”nı darmadağın edib.

“Neftçi” isə “Səbail” üzərində minimal hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası
XXIV tur

24 aprel (bazar)

17:30. “Qəbələ” – “Qarabağ” – 0:2
Qollar:
 İbrahima Vadji, 6, 14

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 5. İsnik Alimi, 4. Ruan Renato, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Məşqçi: Xaqani Məmmədov

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

18:30. “Sabah” – “Şamaxı” – 5:1
Qollar: Coy Lens Mikels, 9,  29, Zurab Oçiqava, 25, Xulio Sezar Rodriqes, 85, Aleksey İsayev, 90 – Felipe Santos, 50
Qırmızı vərəqə: Franko Flores, 90+2 (“Şamaxı”)

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”

“Sabah”: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev

“Şamaxı”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov, 75. Vüsal Qənbərov
Baş məşqçi: Rüstəm Əliyev

20:00. “Sumqayıt” – “Zirə” – 0:1

Qol: Davit Volkov, 90+4
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

“Sumqayıt”: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 25. İlnur Valiev, 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev
Baş məşqçi: Aleksey Baqa

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov

20:00. “Səbail” – “Neftçi” – 0:1

Qol: Tiaqo Bezerra, 71
Qırmızı vərəqə: Ömər Buludov, 47

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”.

“Səbail”: 1. Rəşad Əzizli, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev

“Neftçi”: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 24. Yusuf Laval, 9. Tiaqo Bezerra, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 37. Vüsal Əsgərov
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
​Baş məşqçi: Samir Abasov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43