Kateqoriyasız

“Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı – THY-dan açıqlama

Bir neçə gündür ki, mətbuatda “Qalatasaray” və “Qarabağ” arasında yoldaşlıq matçının keçiriləcəyi haqqında xəbərlər yayılıb.

İdmanxeber.com-un məlumatına görə, hər iki klub nümayəndələri belə bir oyunun baş tuta biləcəyini etiraf edib. “Qarabağ”ın idman-direktoru Əmrah Çəlikəl açıqlamasında matçın “Türk Hava Yolları” şirkəti tərəfindən təşkil ediləciyini bildirib.

“Türk Hava Yolları” şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyasla əlaqə saxladıq. Şirkət rəsmisi də açıqlamasında məlumatı təsdiq edib: “Həm “Qalatasaray”la, həm də “Qarabağ”la söhbətimiz oldu. Hər iki klub buna razılıq verdi. Amma hələ ki, detallar bəlli deyil. Hazırda biz İstanbuldayıq. Bakıya gəlib “Qarabağ”la stadionu və digər məsələləri danışacağıq. Növbəti həftə dəqiq məlumat olacaq”.

“Qafqazinfo”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43