Kateqoriyasız

“Qarabağ” qələbə qazandı (YENİLƏNİB)

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama görüşünə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" yanvarın 20-də "Diosqior" (Macarıstan), bundan 3 gün sonra isə "Admira Vaker" (Avstriya) və "Yaqelloniya" (Polşa) klubları ilə qarşılaşacaq.

16 yanvar

Yoxlama oyunu

19:30. "Qarabağ" (Azərbaycan) – "Rot-Vays" (Almaniya) 1:0
Qol: Çumbinyo 44.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43