Kateqoriyasız

“Qəbələ” almanlara qarşı: qalib müəyyən olmadı (YENİLƏNİB)

Antalyada təlim-məşq toplantısında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda yeni ildəki ilk rəqibi Almaniyanın “Osnabryuk” klubu olacaq.

“Qəbələ” – “Osnabryuk” matçı Bakı vaxtı il saat 17:30-da başlayacaq. Görüş “Gloria” məşq meydançalarında keçiriləcək.

Qeyd edək ki, Almaniya 3-cü liqasında çıxış edən “Osnabryuk” hazırda  21 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb. Antalyada ilk sınağına üç gün öncə çıxan Almaniya təmsilçisi İsveçrənin “Vil” komandasını 2:0 hesabı ilə məğlub edib.

16 yanvar

Yoxlama oyunu

17:30. “Qəbələ” – “Osnabryuk” (Almaniya) – 1:1

“Gloria” məşq meydançalarl


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43