Kateqoriyasız

“Qarabağ” qış fasiləsində ilk transferini rəsmiləşdirdi

"Qarabağ" 2015-2016 mövsümünün fasiləsi başlar-başlamaz sıralarına yeni futbolçu qatıb.

İdmanxeber.com-un məlumatına görə, xəbəri klubun saytı yayıb.

Azərbaycan millisinin üzvü Rahid Əmirquliyev artıq "Qarabağ"da çıxış edəcək.

26 yaşlı yarımmüdafiəçi Qusar futbol məktəbinin yetirməsidi. 2006-cı ildə "Xəzər Lənkəran"a transfer olunan Əmiquliyev bugünə qədər "ağ-yaşıl"lar üçün tər töküb.

Rahid 2,5 illik müqaviləyə imza atıb. O, yanvarın 5-də toplaşacaq komandanın sıralarına qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43