Kateqoriyasız

Qvardiola Premyer Liqaya gəlsə Suaresi transfer edəcək

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola karyerasını Premyer Liqada davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu haqda məşhur "goal.com" portalı məlumat yayıb.

Mənbədə deyilir ki, təcrübəli mütəxəssis "Mançester Siti"nin baş məşqçisi ola bilər.

Belə olacağı halda, o, komandaya "Barsa"nın futbolçusu Luis Suaresi gətirmək üçün hərəkətə keçəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43