Kateqoriyasız

5:0 və ardıcıl 5-ci qələbə (VİDEO)

“Əlincə”nin U-16 Liqasındakı komandası növbəti oyununu keçirib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, “Vətən”lə qarşılaşan Vasif Haqverdiyevin yetirmələri bu dəfə 5:0 hesablı qələbəyə sevinib. 5 oyundur ki, qapısında qol görməyən komanda, həm də ardıcıl 5-ci qələbəsini bayram edib. Belə ki, U-16 Liqasının son 5 turunda rəqib qapısına 16 qol vuran “ağ-narıncılar” öz qapısını toxunulmaz saxlayıb. Son 8 turda ümumiyyətlə məğlubiyyət üzü görməyən “Əlincə”lilər, həm də U-16 Liqasının ən az top buraxan kollektividir. Qeyd edək ki, “Əlincə” bu qələbədən sonra xallarının sayını 22-yə yüksəldib və “Neftçi” ilə birlikdə turnir cədvəlinin 2-3-cü pillələrində qərarlaşıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43