Ölkə futbolu

“Qarabağ”ın rəqibində yeni müdafiəçi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Almaniyanın “Bayer 04” klubu futbolçusu Edmond Tapsoba ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az xəbər verir ki, Burkina Fasodan olan 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Edmond Tapsoba 2020-ci ildən “Bayer 04″də çıxış edir. “Qarabağ” bu rəqiblə ilk görüşünü III turda, oktyabrın 6-da səfərdə keçirəcək. IV turun qarşılaşması isə noyabrın 9-da Bakıda gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43