Kateqoriyasız

“Qarabağ” rəsmən açıqladı: Kadi “Krasnodar”la…

Kadi Borqes “Qarabağ”ı tərk edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq. Keçidin detalları açıqlanmayıb.

Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43