Kateqoriyasız

“Qarabağ” – “Rudar” matçı ilə bağlı bəd xəbər

Çempionlar Liqasının ikinci təsnifaty mərhələsi çərçivəsində Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Rudar” matçına bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, sabah oynanılacaq oyun üçün 14 min bilet satılıb. Saat 21:30-da başlayacaq matçda anşlaq olmayacağı gözlənilir.

Bilet satışı matçın başlama saatına kimi davam edəcək.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra Monteneqroda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43