Kateqoriyasız

Eddi İsrafilov: “Eybar”la uğur qazana bilərəm”

“Növbəti mövsümü “Eybar”da keçirməyi qərara aldım. Danışıqlar uğurlu alındı və asanlıqla anlaşdıq”.

İdmanxeber.com-un məlumatına görə, bunu yeni mövsümdən İspaniyanın “Eybar” klubunda çıxış edəcək Azərbaycan milisinin futbolçusu Eddi İsrafilov deyib.

Bir il icarə əsasında “Eybar”da oynayacaq 22 yaşlı futbolçu keçidi haqda klub saytına dnaışıb:

“Düşünürəm ki, “Eybar”da uğur qazana bilərəm. Komandanın ötən mövsümkü çıxışını bəyəndim. Fikrimcə, yeni komandama faydalı olacam. Sadəcə mənə bir qədər vaxt lazımdır. Bu ilin “Eybar” üçün çox uğurlu olacağına inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43