Premyer Liqa

“Qarabağ” üçüncü dövrənin qalibidir!

Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə yekun vurulub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə,  2015-ci ildə keçirilən 9 turun nəticəsinə əsasən “Qarabağ” dövrənin qalibi olub. Ağdam təmsilçisi 8 qarşılaşmada 19 xal əldə edib. Hamıdan çox – 6 qələbə qazanan Qurban Qurbanovun komandası ən az – 3 qol buraxmaqla da hamıdan üstün olub. Lider ən yaxın izləyicisi “İnter” kimi hamıdan az – 1 məğlubiyyətə üzülüb və ən yaxşı top fərqinə (+7) nail olub. Paytaxt təmsilçisi isə hamıdan çox – 12 qol vursa da, heç-heçə sayında (3) öndə olması üzündən az xal toplayıb.

 “İnter” kimi 15 xal toplayan “Qəbələ” isə heç-heçə etməməsi ilə diqqət çəkib. “Xəzər Lənkəran” da dövrəni bərabərliksiz keçib. “Sumqayıt”la “Bakı” qələbə qazana bilməyib.

Qeyd edək ki, birinci dövrənin təxirə salınan AZAL – “Neftçi” oyunu 2015-ci ildə keçirilsə də, üçüncü dövrəyə aid olmadığından cədvəldə nəzərə alınmayıb.

Yer

Komanda

Q

H

M

T-F

Xal

1

Qarabağ

 6

1

1

10 – 3 

19

2

Qəbələ

 5

0

3

11 – 8 

15

3

İnter

 4

3

1

12 – 5 

15

4

Simurq

 4

2

2

10 – 4 

14

5

AZAL

 4

2

2

  9 – 5 

14

6

Neftçi

 4

1

3

  9 – 6 

13

7

Xəzər Lənkəran

 2

0

6

  8 – 16

6

8

Sumqayıt

 0

4

4

  4 – 9 

4

9

Bakı

 0

1

7

  2 – 19

1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43