Kateqoriyasız

“Qarabağ” UEFA-nın qərarı ilə razı deyil: yenidən şikayət edəcəklər

Xəbər verdiyimiz kimi dünən axşam UEFA “Qarabağ”ın Avroliqada “İnter”lə oyunda qeydə alınmayan qoluna etdiyi şikayəti qəbul etməyib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın vəkili Qurur Qayə Günal bu işin hələ bitmədiyini bildirib. Vəkilin “facebook” səhifəsində paylaşdığı statusu olduğu kimi təqdim edirik:

“Dostlar, əlimizə keçən qərar əsassız qərar heç bir səbəb bildirmədən rədd cavabı verdilər. Sabah bir yazıyla əsaslandırılması qərarı tələb edəcəyik. Əsaslandırılması qərarı alır almaz da şikayət edəcəyik. Qərarı mən vermədiyim üçün nəticəyə söz verə bilmərəm, səbəbini bu an mən də bilmirəm amma sizə sonuna qədər mübarizəsini verəcəyimə söz vermişdim ona görə bu bir son deyil mənim üçün, bəzilərinizin ümidi qırılmış ola bilər amma mən buraxmadım. Bu işin sonuna qədər arxasını buraxmayacağımdan əmin olun yola davam …”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43