Dünya futbolu

“Qarabağ” və “Sabah”la adı hallanan oyunçu klubsuz qaldı

“Ankaragücü” hücumçusu Xese Rodrigezlə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klub sosial şəbəkə hesabından məlumat yayıb. 29 yaşlı futbolçu ilə qarşılıqlı olaraq yollar ayrılıb.

Qeyd edək ki, bir müddət öncə Rodrigezin adı “Qarabağ” və “Sabah”la hallanırdı. O, karyerası ərzində “Real” və PSJ kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43