Kateqoriyasız

“Qarabağ” və “Neftçi” finalda! (YENİLƏNİB)

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunu keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, baş tutacaq iki oyunla finalçıların adına aydınlıq gələcək.

Günün ən maraqlı matçı Qəbələdə keçiriləcək. Komandalar ilk oyunda 1:1 hesablı bərabərə qaldığından bu oyuna maraq böyükdür.

Günün digər oyununda isə "Qarabağ" ilk oyunda darmadağın etdiyi "İnter2i qəbul edəcək. 

“Qarabağ” “İnter”i qəbul edəcək. Ağdam klubu səfərdə keçirilən ilk oyunda 4:0 hesablı qələbə qazandığından finala çıxacağı şübhə doğurmur.

4 may (çərşənbə)

Azərbaycan kuboku, yarımfinalın cavab oyunları

16:00.“Qəbələ” – “Neftçi”

Qollar: Ruslan Qurbanov, 59 (0:1), Ermin Zets, 76 (1:1) 
Penaltilər: 3:4
(İlk oyun – 1:1)

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

19:00.“Qarabağ” – “İnter” – 1:0

(İlk oyun – 4:0)

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov

"Əlincə Arena"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43