Kateqoriyasız

AZAL-da daha ciddi itki

Mayın 7-də “Neftçi” ilə oyuna çıxacaq AZAL-da yenə də heyətlə bağlı problem yaranıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Seymur Əsədov, Taqim Novruzov, Kamal Mirzəyev kimi aparıcı oyunçuların xidmətindən yararlana bilməyən baş məşqçi Tərlan Əhmədov indi də Murad Səttarlının yerini doldurmalıdır. 

Belə ki, “İnter”lə oyundan əvvəl məşqdə əzələsini dartan yarımmüdafiəçi hələ də həkim nəzarətində müalicə olunur. Klub həkimlərinin rəyinə əsasən Muradın ən azı 10 gün məşqlərdən kənarda qalacagı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43