Kateqoriyasız

“Qarabağ” Vüqar Nadirovu qaytarır? – Qurban Qurbanov açıqladı

“Azarkeşlərin fikrinə hörmətlə yanaşıram. Ancaq idman prinsipləri var. Hər hansı bir xahişlə futbolçu götürmək düzgün olmaz”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı azarkeşlərin Vüqar Nadirovu yenidən geri qaytarmaqla bağlı onlara etdiyi xahiş haqda danışarkən daha sonra sözlərinə belə davam edib:

“Bilmək olmazdı, bizim Vüqar Nadirovla bağlı qərarımız nədi. Ona görə, bu cür söz-söhbətlərin olmaması yaxşıdı. Biz çalışrıq ki, komandaya kömək edə biləcək futbolçular alaq. Komandanın uğurlu çıxışı üçün kömək edə biləcək futbolçular almaq daha məqsədəuyğundu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43