Kateqoriyasız

“Qarabağ” – “Xəzər Lənkəran” matçı canlı yayımda

Premyer Liqanın 4-cü turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” matçı canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, “Dalğa Arena”da keçiriləcək oyunu Ağdam klubunun rəsmi saytı canlı olaraq azarkeşlərə nümayiş etdirəcək. 

Əgər heç bir texniki problem yaranmasa, tamaşaçılar bu qarşılaşmanı rəsmi “youtube”  kanalı vasitəsi ilə izləyə biləcək.

Qeyd edək ki, matç saat 20:30-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43