Ölkə futbolu

“Qarabağ” – “Xəzər Lənkəran” – Prevyu

Bazar günü Premyer Liqanın 9-cu turu çərçivəsində “Xəzər Lənkəran” Ağdamın “Qarabağ” klubunun qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”  hazırda “Xəzər Lənkəran”dan üç xal öndə olmaqla çempionatda bir oyun az keçirib. Qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionu ötən mövsüm bu komandaların iki görüşünə şahidlik edib. Bir oyunda qonaq, digərində isə meydan sahibi statusuna malik “Xəzər Lənkəran” bu qarşılaşmaların hər ikisində qələbə qazanıb.

Ümumilikdə bu günə kimi “Xəzər Lənkəran” və “Qarabağ” 28 dəfə Premyer Liqa çərçivəsində qarşılaşıblar. Bu görüşlərdə 12 dəfə “Xəzər Lənkəran” qələbəni qeyd edib, 11 dəfə isə Ağdam klubu sevinib. Bu komandlar arasında cəmi 5 çempionat qarşılaşması heç-heçə ilə yekunlaşıb.

Qeyd olunan oyunlardan vurulan qolların nisbəti də “ağ-yaşıllar”ın xeyrinədir – 32:25.

Səfər görüşlərinə gəldikdə isə, “Xəzər Lənkran” 14 “Qarabağ” səfərindən 4 dəfə qələbə ilə, bir dəfə isə heç-heçə ilə geri dönüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43