Kateqoriyasız

“Qarabağ” – “Yanq Boyz” oyununun başlama saatı müəyyənləşdi

UEFA Avropa Liqasının pley-off mərhələsində  keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) cavab matçının başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, paytaxtımızda keçiriləcək matç avqustun 27-i saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk görüşə avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43