Dünya futbolu

“Qarabağ”a afərin” – “Nant”ın baş məşqçisi

“Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kambuare Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bu nəticədən sonra istefa verməyəcəyini bildirib: “Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Bizim Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43