Kateqoriyasız

“Qarabağ”a növbəti zərbə legionerindən

“Qarabağ” daha bir ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun futbolçusu Muarem Muarem ötən gün “Xəzər Lənkəran”la matçda sarı vərəqə almaqla cəzalı duruma düşüb. Makedoniyalı futbolçu Premyer Liqanın 34-cü turunda “Sumqayıt”la matçı buraxmalı olacaq.

Qeyd edək ki, komandanın kapitanı Rəşad Sadıqov da cəzalı duruma düşdüyü üçün bu matçda iştirak edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43